REKREASİYA COĞRAFİYASI

ərazi rekreasiya sisteminin – planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi.
REKREASİYA
REKREASİYA SU HÖVZƏSİ
OBASTAN VİKİ
Rekreasiya
Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması. İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir. Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Danimarka coğrafiyası
Danimarka – Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir.
Ermənistan coğrafiyası
Ermənistan — Cənubi Qafqazda yerləşən dənizə çıxışı olmayan ölkə. Ermənistan Azərbaycan, Gürcüstan, Türkiyə və İranla sərhədə malikdir. Üstəlik Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın 20 % ərazisini işğal edir. İşğal faktoru ilə əlaqədar 1993-cü ildə BMT təhlükəsizlik şurası bu işğal faktoru ilə bağlı dörd qətnamə qəbul etmişdir. Vəziyyət İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq dəyişir. Ermənistan Cənubi Qafqazda, Kür çayı ilə Araz çayı arasında yerləşən ərazidə qərarlaşmışdır. Ölkə şimal-qərbdən cənub-şərqə 360 km, şərqdən qərbə isə 200 km məsafədə uzanır. Qara dənizdən 160 km, Fars körfəzi ilə 960 km məsadə qərarlaşır. Ermənistan şimaldan Gürcüstan, şərqdən və cənub-qərbdən Azərbaycan (Naxçıvan), cənubdan isə İranla sərhədə malikdir. Ermənistan ərazisi Alp qırışıqlığı zonasında yerləşmişdir.
Estoniya coğrafiyası
Estoniya — dövlət Avropanın şimal-şərqi və Baltik dənizinin şərq sahillərində yerləşir. Şimaldan Fin körfəzi, qərbində isə Riqa körfəzi ilə əhatələnmişdir. Estaniyanın sahəsi 45 226 km² təşkil edir. Sərhədlərinin uzunluğu — 1633 km. Latviya ilə — 339 km, Rusiya — 294 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu 3794 km-dir. Estoniyanın ərazisinə 1521 ada, daxildir ki, onunda hamısı Baltik dənizində yerləşir. Onların ümumi sahəsi 4,2 min. km²-dir. Ən böyük adaları — Saaremaa və Hiyumaa, üstəlik Muhu, Vorsmi, Kihnu adası və b.
Fransa coğrafiyası
Fransa 551.500 km²-lik sahəsilə Türkiyə,Rusiya və Ukraynadan sonra Avropanın dördüncü böyük ölkəsidir. Avropa qitəsinin qərb ucunda, 42°-51° şimal en dairələri arasında kobud şəkildə altıbucaqlını xatırladan bir sahəni tutur. Həm şimaldan cənuba, həm də qərbdən şərqə təxminən 1.000km uzunluğundadır. 3.427km sahil uzunluğuna sahib olan Fransanın Manş Dənizi, Şimal Dənizi, Atlantik Okeanı və Aralıq Dənizinə sahili vardır. Şimal-şərqi başqa, başlıca olaraq çaylar (Reyn), dənizlər və dağlardan (Yura Dağları, Alp dağları,Pireney dağları) ibarət olan təbii sərhədlərlə əhatə olunmuşdur. Fransanın Avropadakı ərazilərini əhatə edən Metropoliten, Fransanın ümumi quru sərhədləri 2.889 km uzunluğundadır; İspaniya 623 km Belçika 620 km İsveçrə 573 km İtaliya 488 km Almaniya 451 km Lüksemburq 73 km Andorra 56,6 km Monako 4,4 km Fransanın xaricdən gətirilmiş rayonlarından, Cənubi Amerikada Fransız Guyanasının Braziliyayla 649 km, Surinamla 556 km, Kariblərdəki Sent Martin Hollandiyaya bağlı Sint Maartenlə 10,2 km-lik sərhədi var. Fransa geoloji baxımdan üç əsas hissəyə ayrılır: Plato görünüşlü massivləri təşkil edən qoca dağ qalıqları, şimal və qərbdə tortul düzənliklər, cənubi və cənub-şərqi gənc dağlar ilə bunların arasında uzanan dağ düzənliklər.
Fələstin coğrafiyası
Fələstin coğrafiyası dedikdə Fələstin Dövlətinin iddia etdiyi ərazilərin coğrafi xüsusiyyətləri başa düşülür. Fələstin Aralıq dənizi hövzəsinin şərqində yerləşir. Sahəsi iki ayrı hissədən ibarətdir: İordan çayının Qərb sahili (ərazisi 5,9 min km²), Qəzzə zolağı (sahəsi 0,4 min km²) və Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu — 307 km), şərqdə isə İordaniya ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). Qəzzə sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. (sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. (sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır. (sərhədin uzunluğu 51 km).
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Hindistan coğrafiyası
Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir. Ərazisinə görə dünyada yeddinci (Sahəsi 3,287,240 km² ), əhalisinə görə isə ikinci sıradadır. Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor, Heydərabad və başqalarıdır. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir.
Kipr coğrafiyası
Kipr coğrafiyası - Kipr adası üç subyekt arasında bölünmüşdür. Onun 60.99% Kipr Respublikası, 36.27% Şimali Kipr Türk Respublikası və 2,74 % isə Akrotii və Dekeliyanın payına düşür. Adanın ərazisinin bir hissəsini dağlar tutur. Şimal sahillərinə qədər Kireniya silsiləsi uzanır. Silsilənin qərb hissəsində eni 15 km, şərqində isə 25–30 km arasında dəyişir. Qərb hussəsində hündürlük daha çoxdur. Bəzi zirvələrin hündürlüyü 1000 metri keçir. Silsilənin ən hündür zirvəsi Akromand dağıdır (1023 m). Cənub-qərb hissəsində Troodos massivi yerləşir. Burada Kipr adasının ən hündür zirvəsi olan Olimbos dağı (1952 m) qərarlaşır.
Kosova coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Kosovo coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Küveyt coğrafiyası
Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir. Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi.
Latviya coğrafiyası
Latviya coğrafiyası — İqlimin dəniz və kontinental iqlimi arasında keçid xarakteri var. 500–800 mm — üstünlük təşkil edən cənub-qərb küləkləri Atlantik tərəfindən 500–800 mm miqdarda yağıntı gətirir. Hər il yalnız 30–40 gün hava buludsuz olur, qalan günlər hava buludlu ən isti və quru ay May ayıdır. Yay tez-tez sərin və yağışlı keçir, temperatur bir il ərzində 125–155 gün sıfırdan yuxarı olur. İyulun orta temperaturu — 15–17 ° C, bəzən 1990-cı illərdəki kimi anomaliyalar olur(32 °C). Qış dekabrın ortalarından mart ayına kimi davam edir. Yanvar ayında orta temperatur −3 −7 ° C arasında dəyişir, bəzən isə-40 °C qədər düşür.
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Livan coğrafiyası
Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Macarıstan coğrafiyası
93,033 kvadrat kilometr əraziyə malik Macarıstan Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlətdir. Ölkənin ərazisi şimaldan cənuba təxminən 250 km, şərqdən qərbə 524 km məsafədə uzanır. Qərbdə Avstriya, cənub və cənub-qərbdə Serbiya, Xorvatiya, Sloveniya, cənub-şərqdə Rumıniya, şimal-şərqdə Ukrayna, şimalda Slovakiya olmaqla ümumilikdə sərhəd xətlərinin uzunluğu 2,258 km təşkil edir. Macarıstanın müasir sərhədləri Trianon sazişinin şərtlərinə görə birinci dünya müharibəsindən sonra yaranıb. Ölkə 1938-ci ildən 1941-ci ilə kimi bəzi sərhəd dəyişiklikləri zamanı öz sərhədlərinin təhlükəsizliyini təmin edib və möhkəmləndirib: 1938-ci ildə Birinci Vyana arbitrajı zamanı Çexoslovakiyadan əraziləri geri aldı, 1939-cu ildə isə Macarıstan Karpato-Ukraynanı işğal etdi. 1940-cı ildə İkinci Vyana arbitrajı zamanı Şimali Transilvaniyadan əraziləri geri aldı və nəhayət Macarıstan Baçka və Međimurje qraflığını Yuqoslaviya əməliyyatı zamanı işğal etdi. Lakin Macarıstan ikinci dünya müharibəsində məğlub olmaqla yenidən bu əraziləri itirdi. İkinci dünya müharibəsindən sonra Çexoslovakiyanın xeyrinə kiçik dəyişikliklə Trianon sazişinin şərtləri bərpa olunub. Ölkələrin çoxu ən azı 200 metr yüksəkliyə malikdir. Buna baxmayaraq, Macarıstanda hündürlüyü 300 metrə çatan orta yüksəklikli silsilələr var (ölkənin 2% -dən daha az ərazisini əhatə edir).
Madaqaskar coğrafiyası
Madaqaskar coğrafiyası — Dünyanın dördüncü böyük adası. Hind okeanında yerləşir. Madaqaskar adası – dünyanın sahəsinə görə 4-cü adası olub (590 min km2 ), "Böyük Qırmızı Ada" adlandırılır. Ada Afrikadan 100 mln. il bundan əvvəl ayrıldığından, fauna və floranın ¾-ü endemikdir. Ada əsasən lemurlar və növlərinin sayı 1000-ə yaxın olan orxideyaları ilə məşhurdur. Dünyada rast gəlinən buqələmunların təxminən yarısı, kəpənəklərin isə 3000-ə yaxın növü burada məskunlaşıb. Madaqaskar ərazisində 13 milli park və qoruq var, lakin onlardan cəmi 7-də təbiəti mühafizə normaları yerinə yetirilir. Ən əlçatan parkı Perine-Analamazoatradır. Burada rütubətli tropik meşələr və meşələrdə yaşayan ən iri lemur-indrilər mühafizə olunur.
Malayziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). Malaziyanın sahəsi 329 847 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.
Malaziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). Malaziyanın sahəsi 329 847 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.
Maldiv coğrafiyası
Maldiv adaları (ދިވެހިރާއްޖެ, Dhivehi Raa’je), rəsmi adı Maldiv Respublikası (ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ) — Hind okeanının ekvatorial sularında, Şri-Lanka adasından təxminən 700 km cənub-qərbdə yerləşir. Hindistan yarımadası Maldiv adalarının 340 km-dədir. Ölkənin ümumi uzunluğu 750 km, eni isə 120 km-dir. Ölkə 1196 mərcan adalarından ibarətdir. 26 atooldan ibarət iki adalar qrupu formalaşmış. Maldiv adalarının ən böyük adası Qan adasıdır. Əksər adaları məskunlaşmayıb. Ölkə adalarının cəmi 200-də məskunlaşma var. Əhalisi təxminən 395 min nəfərdir. Ən yüksək sıxlıq Male şəhərindədir.
Malta coğrafiyası
Malta coğrafiyası- Malta ərazisi dağlıq relyefə malikdir.Ərazidə su çatışmazlığı mövcuddur.Buna baxmayaraq sahəsinin çox hissəsindən kənd təsərrüfatında istifadə olunur.Kənd təsərrüfatının ixtisaslaşması bilavasitə təbii şəraitdən asılıdır. Aralıq dənizi tipli iqlim hakim olan sahələrdə zeytun,badam,sitrus bitkiləri,pambıq və s.istilik sevən bitkilər becərilir.Bundan başqa buğda,arpa,qarğıdalı,kartof,pomidor kimi bitkilər kəndli təsərrüfatlarında əsas istehlak xarakterli bitkilərdir.Gülçülük də inkişaf etmiş təsərrüfat sahəsidir. Maltanın kənd təsərrüfatı su mənbələrinin məhdudluğu və torpaqlarının daşlılığı üzündən çətinliklərlə qarşılaşır.İqlim burada quraqdır və suvarmaya böyük ehtiyac vardır. Heyvandarlığı qoyunçuluq və qoşqu heyvanı kimi istifadə edilən qatır saxlamaqdan ibarətdir.
Monqolustan coğrafiyası
Monqolustan Mərkəzi Asiyada yerləşən dövlətdir. Dövlətin sahəsi 1 564 116 km² təşkil edir. Bu isə Avropanın ən böyük dövləti olan Fransadan üç dəfə böyükdür. Sahəsinə görə dünya dövlətləri arasında 19-cu yerdə gedir. Şimaldan Rusiya, cənubdan isə Çinlə sərhədlənir. Sərhədlərinin ümumi uzunluğu 8 114 km təşkil edir. Çin Xalq Respublikası ilə 4 673 km, Rusiya Federasiyası ilə isə 3 441 km sərhədə malikdir. Monqolustan ərazisinin böyük qismi Monqoludtan platosunda yerləşir. Burada hündürlül 900-1500 arasında dəyişir. Bura əsasən dağ silsilələri və massivlərdən ibarətdir.
Monteneqro coğrafiyası
Monteneqro coğrafiyası (mont. Црна Гора, Crna Gora) — Avropanın cənub-şərqində, Balkan yarımadasının Adriatik dənizi sahilində yerləşir. Ölkə öz adını ölkənin tarixi mərkəzi olan, Kotor körfəzinin sahilində yerləşən Lovçen dağlarından almışdır (1749 m) Ölkənin quru sərhədlərinin uzunluğu 625 km-dir. Monteneqro qərbdən Xorvatiya (25 km), şimal-qərbdən Bosniya və Herseqovina (225 km), şimal-şərqdən Serbiya (124 km), şərqdən Kosovo (79 km), cənub-şərqdən Albaniya (172 km) ilə həmsərhəddir. ilə sərhəddir. Adriatik dənizində 293,5 km məsafədə sahil xəttinə sahibdir. Sahildən 12 dəniz mili isə onun ərazi sularıdır. Dənizdə 14 adaya sahibdir ki, onlarında ümumi sahəsi 15,6 km-dir. Ölkənin şimal-qərbində 87,3 km² sahəyə malik olan və qurunun 29,6&nbspkm daxilinə uzanan Kotor körfəzi vardır. Ölkənin cənubunda Traşte və Jukovas-Luka körfəzləri, həmcinin Trestena-Luka, Yazi-Luka və Mala-Luka körfəzləri vardır.
Myanma coğrafiyası
Myanma qərbdə Hindistan(1463 km) və Banqladeşlə(193 km), şimal-şərqdə Çinlə(2185 km) , şərqdə Laosla(235 km) və cənub-şərqdə Tailandla(1800 km) həmsərhəddir. Cənubdan və cənub-qərbdən onun sahillərini Benqal körfəzinin, Moutama körfəzinin(Martaban) həmçinin Andaman dənizinin suları yuyur. Daxil olan adalarla birlikdə ölkənin sahəsi 678 min km² təşkil edir. Sahil xəttinin uzunluğu isə 1930 km bərabərdir. Myanma ərazisində olan yüksək dağların çox hissəsi keçilməz silsilələrdən ibarətdir. Nal formasında ölkənin, qərb, şimal və şərq sərhədləri boyu yüksələn dağlar şimalda maksimum yüksəkliyə malikdir. Ölkənin qərb hissəsində, Himalay dağlarından şimalda cənuba doğru Rakhayn Yoma (Arakan) və Baqo Yoma dağ silsilələri uzanır. Şərqdə isə Şan dağları formalaşmışdır. Dağlar ölkə ərazisinin böyük qismini əhatə edir. Dağ silsilələri və Şan yaylası məhsuldar Mərkəzi düzənlikləri iki hissəyə bölür.